25.03.2023
   |    aze    |    rus    |    eng    
Slide 1

I Divizion, XX tura yekun vuruldu

Slide 1

I Divizion, XX turun təxirə salınmış oyunun təyinatları

Slide 1

İki qolla iki rekord

Slide 1

“Neftçi”də “100”ə çatdı

Slide 1

“Şəmkir”in rekordu təkrarlandı

Slide 1

50-ci qələbə

Slide 1

"Qəbələ" 2-0 "Şamaxı" - Videoicmal

   Böyük futbol Zirədə: “Məqsəd - peşəkar komanda formalaşdırmaqdır”      2014-09-08

Yeni yaradılmış “Zirə” klubu I Divizionda ilk oyununu keçirdi. Zirə Olimpiya Kompleksinin stadionunda MOİK-ə qarşı keçirilən oyunda meydan sahibləri 1:0 hesablı qələbə qazandılar.

Ajiotaj fərqli idi

“Zirə”nin ilk oyunu olduğu üçün bu qarşılaşmaya maraq və yanaşma fərqli idi. Təsadüfi deyil ki, oyunu izləyənlər arasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də vardı. R.Musayev “Zirə” klubunu təsis edənlərə hörmət əlaməti olaraq, bu qarşılaşmanı izlədiyini bildirdi. Zirə Olimpiya Kompleksinin bir tribunalı stadionunda azarkeşlər də vardı. Fan-klubla yanaşı, komandanı yaşlı nəslin nümayəndələri də dəstəkləyirdi. Heyətində elita təcrübəsinə malik olan futbolçular yer alan “Zirə” məhz azarkeşlərin dəstəyi nəticəsində MOİK klubunu 1:0 hesabı ilə məğlub etməyi bacardı.

Ramin Musayev: “Gələcəyə hesablanmış addımlar atılıb”

Qarşılaşmanı izləyən PFL prezidenti Ramin Musayev oyun haqqında, eləcə də “Zirə” komandası ilə bağlı düşüncələrini jurnalistlərlə bölüşüb: “Hər iki komandanın ifasında gözəl oyun izlədik. Oyun çox xoşuma gəldi. “Zirə” komandası iki ay ərzində formalaşdı. Sevindirici haldır ki, heyətdə yerli oyunçularımız üstünlük təşkil edir. Azərbaycan futbolu adına nə gözləyiriksə, elə bu futbolçulardan gözləyirik. “Zirə” komandasını yaradan, onlara dəstək olanlara hörmət kimi bu gün oyuna baxmağa gəldim”.

Ramin Musayev I Divizionda tətbiq olunan limitlə bağlı da mövqeyini ortaya qoyub: “Bu gün klublar üçün çətin ola bilər, lakin bunların bəhrəsini gələcəkdə görəcəyik. Unutmayaq ki, qarşıda bizi 2016-2020-ci illər gözləyir. İndi bu limit olmasa bəs gələcək yarışlarda biz kimləri görəcəyik? Futbolumuzda gələcəyə hesablanmış addımlar atılıb”.

“Zirə”nin prezidenti: “Biz peşəkar bir komanda formalaşdırmaq istəyirik”

Peşəkar Futbol Liqasının rəsmi saytına açıqlama verən “Zirə” klubunun prezidenti Vüqar Astanov gələcək planlarla bağlı danışıb:

“Planlarımız böyükdür, ona görə də böyük işlər görməliyik. Əsas məqsədimizpeşəkar klub yaratmaqdır. Bunun üçün biz komandanı yüksək şəraitlə təmin etməliyik. Lazım gəlsə, birinci divizionda bir yox, bir neçə mövsüm oynayarıq. Heyətə icarə əsasında oyunçular cəlb etmişik. Amma çox sayda oyunçu ilə müqavilə imzalamışıq. Hazırda bizim aşağı yaş qrupları üzrə komandalarımız yoxdur. Çünki, ilk məqsədimiz I Diviziondakı komandamızı yaxşı vəziyyətə gətirməkdir. Bundan sonra aşağı yaş qrupları üzrə komandalar da təsis edəcəyik. Bütün yaş qrupları üzrə kollektivlər qurmağı düşünürük”.

V. Astanov Zirə camaatının stadiona cəlb olunması üçün müəyyən işlər həyata keçirdiklərini də deyib:

“Bütün işləri 2 ay ərzində həyata keçirmişik. Azarkeşlər stadiona öz istəkləri ilə gəliblər. 1300 nəfərlik tribunamız var, bu gün təxminən 700-800 azarkeşimiz oyuna gəlib. Bunu bir ənənə halına gətirəcəyik. Komandanın 5 sponsoru var, büdcəmiz daimi işləməyə, I Divizionda normal komanda saxlamağa imkan verir. Gələcək planlar isə nəticəyə görə dəyişə bilər. Əgər biz yarışı birinci pillədə tamamlasaq, o zaman  sponsorlarla qərar verib, Premyer Liqada fərqli məqsədlər uğrunda yarışacağıq. Əks halda, Divizionda mübarizəmizi davam etdirib, peşəkarlaşmağa çalışacağıq”.

Bəhram Şahquliyev: “Zirəliləri təbrik edirəm” 

“Zirə” klubunun baş məşqçisi Bəhram Şahquliyev Peşəkar Futbol Liqasının rəsmi saytına açıqlamasında ilk oyunu və qazanılan qələbəni belə şərh edib:

“İlk oyun olmasına baxmayaraq, komandamız yaxşı futbol göstərdi. Oyuna çoxlu azarkeş təşrif buyurmuşdu. Ümid edirəm ki, bundan sonra oyunlara daha çox azarkeş gələcək. İlk hissədə komandada həyəcan var idi. Oyunumuzda müəyyən problemlər mövcuddur, hələ ki, yeni yığılmış komandayıq. Amma irəlidəki oyunlarda bu problemləri də həll etməyə çalışacağıq”.

Aslan Hüseynov: “Biz hər bir komandaya qarşı mübarizə aparacağıq”

“Zirə”yə ilk oyunda qələbə gətirən qolun müəllifi olan Aslan Hüseynov isə əməkdaşımızla söhbətində belə danışıb:

“İlk oyunda qələbə qazandıq. Qələbə qolunu mən vursam da, bu elə də vacib deyil. Daha çox qol vura bilərdik. Amma ilk oyunun həyəcanı fərqli olur. Bəlkə buna görə şanslardan tam yararlana bilmədik. Buna baxmayaraq, ilk oyunda qələbə qazanmaq xoşdur”.

Hazırladı: Elgiz Abbasov 

   Turnir cədvəli
1 Qarabağ 27 71
2 Sabah 27 62
3 Neftçi 27 56
4 Zirə 27 37
5 Qəbələ 27 36
6 Turan Tovuz 27 28
7 Kəpəz 27 22
8 Sumqayıt 27 21
9 Şamaxı 27 20
10 Səbail 27 18
Ətraflı
1 Araz Naxçıvan 20 50
2 Neftçi-2 19 40
3 Qəbələ-2 20 37
4 Turan Tovuz-2 19 35
5 MOİK 20 34
6 Kəpəz-2 20 33
7 Səbail-2 19 30
8 Şamaxı-2 20 27
9 Zaqatala 19 25
10 Qaradağ Lökbatan 20 24
11 Qarabağ-2 20 21
12 İmişli 20 19
13 Zirə-2 19 19
14 Mingəçevir 20 15
15 Sumqayıt-2 19 10
Ətraflı
Xəbər arxivi
« Mart 2023 »
1 2 3 4 5 6 7
2728 01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 2425 26
27 28 29 30 310102
03040506070809
Press reliz
07.10.2022
Peşəkar Futbol Liqası və “Badamlı” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
30.09.2022
“Buta Global Enerji-Tekstil” şirkəti və PFL arasında tərəfdaşlıq müqaviləsi imzalanıb
17.08.2022
I Divizion, 2022/2023-cü illər mövsümünün təqvimi
10.08.2022
“Misli” ilə PFL arasında sponsorluq müqaviləsi imzalanıb
25.07.2022
Azərbaycan Premyer Liqası, 2022/2023-cü illər mövsümünün təqvimi
30.08.2021
Azərbaycan Premyer Liqası, 2021/22-ci illər mövsümünün təqvimi
Sorğu
Misli Premyer Liqasında favoritiniz hansıdır?
Şamaxı
Səbail
Sumqayıt
Qarabağ
Neftçi
Zirə
Qəbələ
Sabah
Kəpəz
Turan Tovuz
> Nizamnamə
Struktur
> Xəbərlər
> Misli Premyer Liqası
Əsasnamə
Turnir cədvəli
Ayın oyunçusu
Təqvim
Klublar
InStat Football icmal
> Azərbaycan kuboku
Təqvim
> I Divizion
Turnir cədvəli
Təqvim
Klublar
> Əvəzedicilər
Turnir cədvəli
Təqvim
Klublar
> Multimedia
Fotoqalereya
Video
PFL-in himni
> Ölkə
1995/1996
> Əlaqə
> Arxiv
1993
1993/1994
1994/1995
1995/1996
1996/1997
1997/1998
1998/1999
1999/2000
2000/2001
2001/2002
1992
2003/2004
2004/2005
2005/2006
2006/2007
2007/2008
2008/2009
2009/2010
2010/2011
2011/2012
2012/2013
2013/2014
2014/2015
2015/2016
2016/2017
2017/2018
2019/2020
2018/2019
2021/2022
2020/2021
Bütün müəllif hüquqları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı istinadın qeyd olunması vacibdir.

2004-2008 © Peşəkar Futbol Liqası Saytdan istifadə zamanı hər hansısa bir texniki problemlə
rastlaşdığınız zaman [email protected] vasitəsilə əlaqə saxlayın
Lider Advertising