10.05.2024
   |    aze    |    rus    |    eng    
Slide 1

İntizam Komitəsinin iclası keçirildi

Slide 1

I Liqa: XXVI turun oyun cədvəli

Slide 1

Misli Premyer Liqası: XXXIV turun təyinatları

Slide 1

"Şamaxı" 3-0 "Karvan" - Videoicmal

Slide 1

"İmişli" 0-0 "Qaradağ Lökbatan" - Videoicmal

Slide 1

"Mingəçevir" 0-0 "Zaqatala" - Videoicmal

Slide 1

"Araz Saatlı" 0-5 MOİK - Videoicmal

   "Qaradağ Lökbatan" Premyer Liqaya vəsiqə qazandı      2012-04-16

Futbol üzrə Azərbaycan I divizionunda sona altı tur qalmış “Qaradağ Lökbatan” klubunun çempionluğu bəlli oldu. Belə ki, 62 xalla turnir cədvəlinin lideri olan “Qaradağ Lökbatan” ən yaxın izləyicisi “Neftçala”nı 16 xal qabaqlayır. 

Artıq gələn mövsümdən etibarən Unibank Premyer Liqasında çıxış edəcək “Qaradağ Lökbatan”ın baş məşqçisi Adil Mahmudov www.pfl.az saytına verdiyi açıqlamada bu cür çempion olacaqlarını gözləmədiklərini bildirdi: “Hər bir komandanın arzusu çempion olmaqdır. Çox şadam ki, bu sevinci yaşamaq bizə də qismət oldu. Komandamız özünə inanırdı. Mövsümün əvvəlindən əzmkar mübarizə aparırdıq. Çempionluqda komandanın hər bir fərdinin, xüsusilə rəhbərliyin çox böyük payı var. Mən komandanın prezidenti Tahir Mustafayevə bizə göstərdiyi diqqətə görə bir daha təşəkkür etmək istəyirəm”.

“Birinci dövrədə biz 2-3-cü pillələrdə qərarlaşırdıq. Qış fasiləsində qarşımıza məqsəd qoyduq ki, ancaq çempion olmaq və hər oyunda qalib gəlmək üçün meydana çıxacağıq. Futbolçularım çox böyük əzmkarlıq göstərdilər. Onların hər birinə öz təşəkkürümü bildirirəm. Nəzərə almaq lazımdır ki, “Qaradağ Lökbatan”ın heyətində bir nəfər də olsun milli komanda üzvü yoxdur. Amma onların cari mövsümdə qazandıqları təcrübə artıq onların Premyer Liqada oynamalarına imkan verir. Ona görə də, biz növbəti mövsümdə heyətdə əsaslı dəyişiklik etməyi düşünmürük. I Divizion ilə Premyer Liqa arasında səviyyə fərqi olduğuna görə müəyyən transferlər etmək vacibdir. Bəzi boşluqları aradan qaldırmaq üçün yeni futbolçular transfer edəcəyik, ancaq əksər oyunçular komandada qalacaq. Bu həm də halallıq məsələsidir. Axı komandanın Premyer Liqaya yüksəlməsində onların böyük əməyi var”.

“Ötən mövsümlə müqayisədə bu il I Divizionda daha güclü mübarizənin şahidi olduq. Bu da ölkədə futbolun inkişaf etdiyinin göstəricisidir. Bu il 3-4 komandanın heyətində legioner futbolçular çıxış edirdilər. Bölgə komandaları da artıq oyunlarda öz güclərini ortaya qoyurlar. Diqqət yetirsəniz görərsiniz ki, bölgə komandalarının əksəriyyətini biz minimal hesabla məğlub edə bilmişik. Çox gərgin mübarizə nəticəsində qələbə qazanırdıq”.

“Artıq çempion olduğumuz bəlli olsa da, növbəti qarşılaşmalarda da qələbə qazanmağa çalışacağıq. Komandada yüksək əhval-ruhiyyə hökm sürür. Belə olan halda qələbə qazanmaq da asan olur. Hər bir komandaya uğurlar arzulayıram. Çox gözəl çempionatın şahidi olduq. Bütün rəqiblərə təşəkkür edirəm”.

   Turnir cədvəli
1 Qarabağ 33 76
2 Zirə 33 52
3 Sabah 33 52
4 Sumqayıt 33 51
5 Neftçi 33 50
6 Səbail 33 42
7 Turan Tovuz 33 42
8 Kəpəz 33 35
9 Araz-Naxçıvan 33 35
10 Qəbələ 33 20
Ətraflı
1 Qaradağ Lökbatan 25 53
2 Şamaxı 25 51
3 İmişli 25 47
4 MOİK 25 45
5 Karvan 25 38
6 Zaqatala 25 27
7 İrəvan 25 27
8 Mingəçevir 25 26
9 Difai Ağsu 25 21
10 Araz Saatlı 25 10
Ətraflı
Xəbər arxivi
« May 2024 »
1 2 3 4 5 6 7
2930 01 02 03 04 05
06 07 08 0910 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 310102
03040506070809
Press reliz
04.03.2024
“Uşaqlar Nəfəsimizdir” sosial idman layihəsi həyata keçirilib
28.08.2023
I Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
28.08.2023
II Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
02.08.2023
“Misli” Premyer Liqaya sponsorluğunu davam etdirəcək
22.07.2023
Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun 2023/2024-cü illər mövsümünün təqvimi
18.07.2023
Peşəkar Futbol Liqası və “Badamlı” şirkəti arasında müqavilə yeniləndi
Sorğu
Misli Premyer Liqasında favoritiniz hansıdır?
Araz-Naxçıvan
Səbail
Sumqayıt
Qarabağ
Neftçi
Zirə
Qəbələ
Sabah
Kəpəz
Turan Tovuz
> Nizamnamə
Struktur
> Xəbərlər
> Misli Premyer Liqası
Əsasnamə
Turnir cədvəli
Təqvim
Klublar
InStat Football icmal
> Əvəzedicilər
Turnir cədvəli
Klublar
Təqvim
> Azərbaycan kuboku
Təqvim
> I Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> II Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> Multimedia
Fotoqalereya
Video
PFL-in himni
> Arxiv
1993
1993/1994
1994/1995
1995/1996
1996/1997
1997/1998
1998/1999
1999/2000
2000/2001
2001/2002
1992
2003/2004
2004/2005
2005/2006
2006/2007
2007/2008
2008/2009
2009/2010
2010/2011
2011/2012
2012/2013
2013/2014
2014/2015
2015/2016
2016/2017
2017/2018
2019/2020
2018/2019
2021/2022
2020/2021
2022/2023
> Əlaqə
Bütün müəllif hüquqları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı istinadın qeyd olunması vacibdir.

2004-2008 © Peşəkar Futbol Liqası Saytdan istifadə zamanı hər hansısa bir texniki problemlə
rastlaşdığınız zaman [email protected] vasitəsilə əlaqə saxlayın
Lider Advertising
Cəmi HIT sayı: web counter
Cəmi HOST sayı: