“Qarabağ”ın 140 günlük seriyası qırıldı 2012-04-16
Ağdamın “Qarabağ” klubunun Unibank Premyer Liqasındakı məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Ardıcıl 13 oyunda uduzmayan Qurban Qurbanovun yetirmələri XXVIII turun “Qəbələ” ilə qarşılaşmasında 0:1 hesabı ilə məğlub olub. Sonuncu dəfə ötən il noyabrın 26-da keçirilən XIV turun oyununda uduzan “Qarabağ” həmin vaxt öz meydanında “Neftçi”yə məğlub olmuşdu – 1:2. 140 gün uduzmayan Ağdam təmsilçisi məğlubiyyətsiz oyunlar seriyasında 8 qələbə qazanıb və 5 heç-heçə edib. 140 gün ərzində “Qarabağ” 29 xal toplayıb.
Bütün müəllif hüquqları Azərbaycan Respublikası
qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı
istinadın qeyd olunması vacibdir.