 Unibank Premyer Liqasının 28-ci turunda "Turan" doğma meydanda "Simurq"u qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb. Georgi Çixradze, “Simurq” klubunun baş məşqçisi: “Çox ağır oyun keçdi.
Meydançanın vəziyyətini, rəqibin kimliyini və turnir cədvəlindəki mövqeyimizi nəzərə
alaraq bugünkü oyunda mütləq qalib gəlmək istəyirdik. Hər iki komandanın qol
imkanları olsa da, heç biri istifadə edə bilmədi. Premyer Liqada qalmağı
qarşımıza məqsəd qoymuşuq. Buna çalışacağıq”.
Əsgər Abdullayev, “Turan” klubunun baş məşqçisi: “Bugünkü oyunda qalib gəlmək
üçün bütün gücümüzü ortaya qoyduq. Lakin nəticə əziyyətimizin üstündən xətt çəkdi.
Öz oyunumuzu göstərsək də, hücumları məntiqli sonluqla yekunlaşdıra bilmirdik.
Bu çətin vəziyyətə özümüz düşmüşük. Özümüz də bundan çıxacağıq”.
|