 Unibank
Premyer Liqasının XXVIII
turunda “Kəpəz” səfərdə “Sumqayıt”a 2:0 hesabıyla məğlub oldu.
Fuad İsmayılov, “Kəpəz” klubunun baş məşqçisi: “Komandam imkanlarından aşağı səviyyədə oyun
nümayiş etdirdi. Çempionatın geridə qalan oyunlarında qələbə qazanmağa
çalışacağıq. “Sumqayıt”ı qələbə münasibəti ilə təbrik edirəm”.
Bernhard Raab, “Sumqayıt” klubunun baş məşqçisi: “İkinci dövrədə ilk qələbəmizi
qazandıq. Bu qələbə bizə çox lazım idi. Son iki oyunda bəxtimiz gətirsəydi, qələbə
qazana bilərdik. Gələn oyunlarda da qələbə qazanmağa çalışacağıq. Futbolçuların
özünə inamı baxımından bu gün vacib qələbə qazandıq”.
|