“Qarabağ”
klubu PFL-ə müraciət edərək UEFA Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ”
– “Tvente” oyununa kimi Tofiq Bəhramov adına Respublika stadionunun ot
örtüyünün ideal vəziyyətdə saxlanması üçün Topaz Premyer Liqasının 2-ci turunun
“Qarabağ” – “İnter” matçının İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda
keçirilməsinə icazə verilməsini xahiş etmişdir. Yuxarıda qeyd edilənləri nəzərə
alaraq Topaz Premyer Liqasının 2-ci turunun “Qarabağ” – “İnter” matçının
keçirilmə yeri və başlama saatı dəyişdirilmişdir.
16 avqust (şənbə)
“Qarabağ” – “İnter”
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Teymur Fərhadov
Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Rauf Cabbarov
AFFA nümayəndəsi: Qürbət Həsənov
Hakim-inspekor: Xaqani Məmmədov
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu, 18:00
|