 Unibank Premyer Liqasının XXVIII turunun “Neftçi” – “İnter” oyunu mövsümün 12-ci avtoqolu ilə əlamətdar oldu. Meydan sahiblərinin 2:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada qonaqların təsəlli qolu Ruslan Abışovun avtoqolu sayəsində gerçəkləşdi. Bu, mövsümün 12-ci avtoqoludur. tur | Vurub | Kimin üçün | 1 | Rasim Ramaldanov (Simurq) | AZAL | 6 | Ruslan Abışov (Neftçi) | Xəzər Lənkəran | 6 | Bronislav Arsenyeviç (AZAL) | Qarabağ | 8 | Murad Hüseynov (Qəbələ) | Rəvan | 1 | Admir Teli (Qarabağ) | Neftçi | 16 | Aleksandr Qoqoberişvili (Turan) | Simurq | 16 | Nuqzar Kvirtiya (AZAL) | Neftçi | 22 | Ayxan Abbasov (Turan) | Xəzər Lənkəran | 23 | Emin Ağaməmmədli (AZAL) | Turan | 23 | Aydın İslamov (AZAL) | Turan | 24 | Bədavi Hüseynov (Sumqayıt) | Kəpəz | 28 | Ruslan Abışov (Neftçi) | İnter |
“Neftçi”nin futbolçusu Ruslan Abışov Azərbaycan çempionatlarında özünün 2-ci avtoqolunu vurub. Unibank Premyer Liqasının XXVIII turunun “İnter”lə oyununda öz qapısına qol vuran müdafiəçi cari mövsümün “Xəzər Lənkəran”la qarşılaşmasında da eyni uğursuzluğu yaşamışdı. Ruslan Azərbaycan çempionatları tarixində 13-cü futbolçudur ki, 1 dəfədən artıq avtoqol müəllifi olub. İndiyədək 2 futbolçu - Natiq Qasımov və Ayxan Abbasov hərəyə 3 dəfə öz qapısına qol vurub. Daha 11 oyunçu - Aleksandr İntskirveli, Elnur Abbasov, Hüseynqulu Quliyev, Kamran Əlibabayev, Mehman Yunusov, Renat Abdaşov, Saşa Yunisoğlu, Usim Nduka, Zaur Həşimov, Aleksandr Musatkin, Ruslan Abışov isə hərəyə 2 avtoqol müəllifidir.
|