İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilib: Topaz Premyer
Liqasının I turunun AZAL – “Xəzər Lənkəran” matçının 59-cu dəqiqəsində AZAL
klubunun 13 №-li futbolçusu Şəhriyar Rəhimov idmançıya yaraşmayan hərəkətə görə
ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır,
klub 200 manat cərimə olunur (maddə 48).
Topaz Premyer
Liqasının I turunun “Sumqayıt” – “Qarabağ” matçın 50-ci dəqiqəsində “Sumqayıt”
klubunun azarkeşləri tərəfindən
pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 1000 manat cərimə
olunur (maddə 52).
Oyunun 59-cu dəqiqəsində “Qarabağ” klubu əvəzetmə zamanı limiti
pozduğuna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir. Matçda göstərilmiş
sarı vərəqələr qüvvədə qalır. Vurulmuş qollar ləğv edilir (maddə 98).
Əvəzedici heyətlərin I turunun “İnter” – “Qəbələ”
matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandıldığı üçün klub
500 manat cərimə olunur (maddə 40).
Oyunun 54-cü dəqiqəsində “İnter” klubunun 45 №-li futbolçusu İlkin
Sadıqov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan
kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə
olunur (maddə 48).
Əvəzedici heyətlərin I turunun “Sumqayıt” –
“Qarabağ” matçında “Sumqayıt” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandıldığı
üçün klub 500 manat cərimə olunur (maddə
40).
|