![](uploads/qebeledorinel.jpg) Topaz
Premyer Liqasının yeni mövsümünün startı yeni baş məşqçinin çempionatdakı
debütü ilə əlamətdar olub. “Qəbələ”nin çalışdırıcısı Dorinel Muntyanu Azərbaycan
birinciliyində ilk matçında komandasına rəhbərlik edib.
İlk turun “İnter”lə
oyununda 0:4 hesablı məğlubiyyətə üzülən rumıniyalı mütəxəssis Premyer Liqa
tarixində 49-cu legioner baş məşqçi olub. Belə ki, 1992-ci ildə start götürən
çempionatlar tarixində bunadək 48 əcnəbi mütəxəssis çalışmışdı. Onlardan bəziləri
yalnız baş məşqçi əvəzi kimi bir neçə oyunluq iş başında olub.
Əvvəlki 22
çempionatda yalnız bir rumıniyalı olmuşdu. “Xəzər Lənkəran”a rəhbərlik etmiş
Mirça Rednikdən sonra Muntyanu bu ölkənin Azərbaycan çempionatındakı 2-ci təmsilçisi
olub.
Ümumilikdə
bu 49 əcnəbi çalışdırıcı 19 ölkəni təmsil edir: Türkiyə - 13, Ukrayna – 7, Gürcüstan,
Serbiya – 4, Almaniya – 3, Bosniya və Herseqovina, Rumıniya, Rusiya, İspaniya –
2, Xorvatiya, Uels, Moldova, İtaliya, İngiltərə, Əlcəzair, Çexiya, Makedoniya, Litva. Latviya –
1.
5 legioner
iki klubda çalışıb. Azərbaycan Premyer Liqasının 17 komandasını çempionat
matçlarına gəlmələr çıxarıb: “Xəzər Lənkəran” – 10, “Bakı” - 7, “Qəbələ” – 5, “İnter”, “Simurq”- 4, “Gənclərbirliyi”,
“Turan”, “Neftçi”, “Rəvan”, “Standard” - 3, “Muğan”,”“Olimpk” – 2, “Karvan”,
“Masallı”, “MKT-Araz”, “Sumqayıt”, “Qarabağ” – 1.
|