Topaz Premyer Liqasının I turu “Araz-Naxçıvan” üçün
əlamətdar olub. Belə ki, əyalət klubu Azərbaycan çempionatının yüksək liqasında
ilk dəfə böyükhesablı qələbə qazanıb.
Öz meydanında “Neftçi”ni 3:0 hesabı ilə məğlub edən
Naxçıvan klubu güclülər dəstəsində oynadığı 2000/01 və 2001/02 mövsümlərində
belə zəfər əldə etməmişdi. Həmin vaxt 42 oyun keçirən “Araz” (Naxçıvan) 11 ağır
məğlubiyyət alsa da, özü böyük hesabla qalib gəlməmişdi. 12 ildən sonra adını dəyişib
Premyer Liqada çıxış edən “Araz-Naxçıvan” ilkə 43-cü matçında imza atdı.
“Neftçi” isə Premyer Liqa
tarixində 7-ci dəfə 3 və ya daha çox top fərqinə üzüldü. Bunadək ölkənin ən
titullu klubu 6 dəfə böyük hesaba üzülmüşdü. 7-ci dəfə belə uduzan “ağ-qaralar”
1 dəfə öz meydanında, 6 dəfə səfərdə məğlub olub.
03.07.1992
|
Xəzər
(Sumqayıt) - Neftçi (Bakı)
|
3:0
|
20.10.2007
|
Bakı -
Neftçi (Bakı)
|
5:1
|
13.05.2011
|
Qarabağ
(Ağdam) - Neftçi (Bakı)
|
3:0
|
11.03.2012
|
Qəbələ -
Neftçi (Bakı)
|
4:1
|
31.08.2013
|
Bakı -
Neftçi (Bakı)
|
3:0
|
28.02.2014
|
Neftçi
(Bakı) - Qarabağ (Ağdam)
|
1:4
|
10.08.2014
|
Araz-Naxçıvan – Neftçi (Bakı)
|
3:0
|
|