 Unibank Premyer Liqasının cari mövsümündə 2-ci het-trik qeydə alınıb. Bu, ilk “altılıq”da baş tutan XXVIII turda gerçəkləşib. Meydan sahiblərinin 4:1 hesablı qələbə qazandığı “Bakı” – “Xəzər Lənkəran” oyununda Deyvidas Çesnauskis lənkəranlıların qapısına 3 qol vurub. Litvalı legionerə qədər cari mövsümdə yalnız 1 futbolçu buna nail olmuşdu. Bu da çempionatın bombardiri Bahodir Nasimova nəsib olmuşdu. “Neftçi”nin özbəkistanlı hücumçusu XVI turun AZAL-la oyununda fərqlənmişdi. Ötən il dekabrın 11-də komandasının 7:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada Nasimov mövsümdə ilk het-trikin müəllifi olmuşdu.
|