“Qarabağ”
və “Neftçi” klubları PFL-ə müraciət edərək UEFA Avropa Liqasının pley-off mərhələsinə
vəsiqə qazanması və Topaz Premyer Liqası oyunlarının sıx qrafiki ilə əlaqədar
olaraq Superkubok matçının başqa tarixə keçirilməsini xahiş etmişlər. Yuxarıda
qeyd olunanları və hər iki klubun PFL-ə ünvanladığı məktubları nəzərə alaraq
2013/2014 mövsümünün “Qarabağ” – “Neftçi” Superkubok oyunu 13 avqust 2014-cü il
tarixindən başqa tarixə keçirilib.
|