Mövsümə
“İnter Arena”da start verən paytaxt təmsilçisi Topaz Premyer Liqasının ilk
turunda “Qəbələ”ni böyük hesabla məğlub etdi – 4:0. “İnter”in heyətində Mikel
Alvaro dublla fərqlənib.
Kaxaber
Sxadadze, “İnter” klubunun baş məşqçisi: “Çempionatın başlaması ilə hamını təbrik
edirəm. Ötən mövsüm olduğu kimi, bu il də maraqlı keçəcəyinə inanıram. Avroliqada
oynadığımız 4 oyun öz sözünü dedi. Futbolçuların bir-biri ilə anlaşması rəqibdən
daha yaxşı idi. Oyuna yaxşı nəzarət edirdik. İlk hissənin son 7 dəqiqəsində isə
tələsirdik. Hücuma keçib qol vurmaq istəyirdik. İkinci hissənin də ilk 5 dəqiqəsində
xaotik oynayırdıq. Futbolçulara gözəl oyuna görə minnətdaram. Gözəl oyun və
yaxşı nəticədən məmnunam. Eyforiyaya qapılmaq lazım deyil. Bu qələbəni unudub,
qarşıdakı oyunlara baxmalıyıq”.
|