![](uploads/qabalayeni.jpg) Topaz
Premyer Liqasının ilk turunda “İnter” öz meydanında “Qəbələ” ilə qarşılaşdı. Cari
mövsümdəki Avroliqada təmsilçilərimizin duelindən bakılılar inamlı qələbə ilə
ayrıldı – 4:0.
Dorinel
Munteanu, “Qəbələ” klubunun baş məşqçisi: “Mövsümə qələbə ilə başlamaq istəyirdik.
Təəssüf ki, bütün komandanın bu gün oyunu alınmadı. Uğursuz çıxış etdik. Təbii
ki, “İnter”in də uğurlu oyununu qeyd etməliyəm. Artıq növbəti oyunu düşünəcəyik,
qarşıdakı oyuna hazırlaşacağıq. Komandamızın daha yaxşı oyun göstərəcəyinə
inanırıq. Məğlubiyyətə baxmayaraq, komandaya inamımız var”.
|