Topaz
Premyer Liqasının 1-ci turunda “Sumqayıt” “Qarabağ”la qarşılaşdı. “Gənclər şəhəri”nin
təmsilçisi rəqibinə 0-3 hesabı ilə məğlub olaraq mövsümün ilk ev oyununda
azarkeşlərini sevindirə bilmədi. Aqil
Məmmədov, “Sumqayıt” klubunun baş məşqçisi: “0-3 hesabı ilə məğlub olsaq da,
komandadan razı qaldım. Çox maraqlı oyun oldu. Arzu edirik ki, həm “Qarabağ”, həm
də “Neftçi” Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazansın. Səhvlərimiz olmalı idi, çünki, “Qarabağ”ın
futbolçularının ustalıq səviyyəsi bizimkilərdən yüksəkdir”.
|