![](uploads/qarabagyeni.jpg) Topaz
Premyer Liqasının ilk turunda “Qarabağ” səfərdə “Sumqayıt”la qarşılaşdı. Rəqibini
3-0 hesabı ilə məğlub edən Ağdam təmsilçisinin heyətində Reynaldo dubl edib.
Qurban Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “Yeni mövsümün başlaması ilə
hamını təbrik edirəm, bütün komandalara uğurlar arzulayıram. Oyun pis alınmadı,
ikinci hissənin ortalarında sürət aşağı düşdü. Amma oyunun ümumi tempi yüksək
oldu. Çox sıx oyun qrafikimiz var. 3 gündən bir oyunumuz olduğu üçün bəzi
futbolçulara istirahət şansı verdim. İkinci hissədə oyuna daxil olan
futbolçular pis təsir bağışlamadılar. Maraqlı oyun alındı, “Sumqayıt”a
uğurlar arzulayıram. Superkubokun təxirə salınmasını istəyərdim, bu, həm bizim
üçün, həm də “Neftçi” üçün daha yaxşı olardı. Gərək hər iki komanda razılıq
versin. Futbolçular zədələnə bilər, isti havada daha çox yüklənəcəklər”.
|