![](uploads/araznaxcivan123.jpg) Topaz
Premyer Liqasının ilk turunda doğma meydanda “Neftçi” ilə qarşılaşan “Araz
Naxçıvan” rəqibini 3-0 hesabı ilə məğlub edərək mövsümə qələbə ilə başladı.
Əsgər Abdullayev, “Araz Naxçıvan” klubunun baş məşqçisi: “İki fərqli hissə
oynadıq. Futbolçular ikinci hissədə tapşırıqları daha düzgün yerinə yetirdilər.
İlk hissədə cinahlardan istifadə edə bilmədik. Elmin Çobanovun oyuna daxil
olmasından sonra isə vəziyyət dəyişdi. Cinahlar güclü olanda komandaya oyununu
qurmaq daha asan olur. Cinahsız komanda, qanadsız quş kimidir. Bütün azarkeşlərimizi
təbrik edirəm, futbolçularıma minnətdaram. İkinci hissədə tapşırıqları tam
yerinə yetirdilər. Azarkeş 12-ci oyunçudur. Çatışmazlıqlarımız hələ var. Komanda
əsasən yerli futbolçulardan təşkil olunub. Çalışırıq ki, əlimizdən gələni edək,
azarkeşlərimizi sevindirək. Güclülər dəstəsinə rəng qatmaq istəyirik. KİV-də
haqqımda yayılan şaiyələr haqqında danışmaq istəmirəm. Adamın Allahı var. Kimisə
ləkələmək ayıbdır”.
|