Topaz Premyer Liqasının ilk turunda Naxçıvana səfər edən “Neftçi” yerli “Araz Naxçıvan”a 0-3 hesabı ilə məğlub olub.Nazim
Əliyev, “Neftçi” klubunun məşqçisi: “Təəssüf ki, məğlubiyyətlə üzləşdik. Bugünkü oyunda gənc
futbolçularımızı yoxlamaq istəyirdik. Klub tərəfindən onlara şans verildi.
Avroliqada demək olar ki, oynamaq şansları olmur. 3-4 nəfəri çıxmaqla, demək
olar ki, heç biri etimadı doğrultmadı. “Araz Naxçıvan”ı qələbə ilə təbrik edirəm”.
|