 Unibank
Premyer Liqasının 28-ci turunda doğma meydanda “İnter”i 2:1 hesabı ilə məğlub
edən “Neftçi” növbəti çempionluğuna bir addım da yaxınlaşdı.
Kaxaber
Sxadadze, “İnter” klubunun baş məşqçisi: “”Neftçi”ni qələbə münasibəti ilə təbrik
edirəm. Bu qələbə ilə demək olar ki, çempionluğu təmin etdilər. Komandam məğlubiyyətinə
baxmayaraq, layiqli oyun göstərdi. Buraxılan qollarda futbolçuların fərdi səhvləri
var idi. Artıq qarşıdakı kubok oyunlarına hazırlaşmaq və qalib gəlmək lazımdır”.
Böyükağa
Hacıyev, “Neftçi” klubunun baş məşqçisi: “”İnter” “Neftçi”yə layiqli rəqibdir. Bu
gün iki fərqli hissə izlədik. İlk 15 dəqiqədə rəqibin müdafiədəki səhvlərindən
istifadə etdik. Lakin sonradan meydanın mərkəzində mübarizəni uduzduq. “İnter”lə kubokun yarımfinal mərhələsində də qarşılaşacağıq. Çətin oyunlar olacaq.
Bugünkü oyunda qalib gəldiyimiz üçün şadam”.
|