Topaz Premyer Liqasının ilk turunda AZAL doğma meydanda “Xəzər
Lənkəran”la qarşılaşdı. İkinci hissədə rəqibi qarşısında azlıqda qalan “təyyarəçilər”
Tomi Kostadinovun qolu ilə 1 xalı xilas edə bildi – 1:1.
Tərlan Əhmədov, AZAL klubunun baş məşqçisi: “İlk oyunda
komandada həyəcan hiss olunurdu. Qarşımıza qələbə qazanmaq məqsədi qoymuşduq. Komandada
yeni futbolçu çoxdur, uyğunlaşma dövrü keçirlər. Tomi Kostadinovun viza problemi
olduğundan yalnız son 3 gündə bizə qoşula bilib. Çatışmazlıqlarımız çoxdur, əsasən
hücum xəttini gücləndirməliyik. İrəli xəttdə top saxlaya bilməməyimizdən rəqib
istifadə edirdi, üstünlüyə yiyələndi. Marafon uzundur, yolumuz ağırdır. Növbəti oyunlara baxmalıyıq.
Bu günlərdə düşərgəmizə iki hücumçu gəlməlidir. “Xəzər Lənkəran”ın son
oyunlarına baxmışdıq. O oyunlardan indiyə rəqib çox artırıb. Hücum xəttində ən
təhlükəli futbolçusu Rauf Əlyevdir. Əksər təhlükəli epizodları standart vəziyyətlərdən
yaradırlar. Müqayisə etsək, bu “Xəzər Lənkəran” ötən mövsümdəkindən daha
güclüdür ”.
|