Topaz Premyer Liqasının 2014/2015 mövsümünün açılış
oyununda “Xəzər Lənkəran” səfərfə AZAL-ın qonağı oldu. Qarşılıqlı hücumlar şəraitində
keçən oyun 1-1 hesablı heç-heçə ilə başa çatdı.
Oğuz Çetin, “Xəzər Lənkəran”, klubunun baş məşqçisi: “İlk
oyun həmişə çətin olur. Bu gün qalib gəlməli idik, təəssüf ki, bunu bacarmadıq.
1 xalla kifayətlənməli olduq. Rəqib azlıqda qaldıqdan sonra daha ağıllı
oynamalı idik. 10 nəfərlə qalan rəqibə qarşı göstərdiyimiz oyundan məmnun deyiləm.
İkinci oyunda qalib gəlməliyik. Rahid Əmirquliyevi yoxlama oyunlarında sağ
müdafiəçi kimi sınamışam, bu mövqedə uğurlu çıxış etdi. Müəyyən zamanlarda
yarımmüdafiədə də oynaya bilər. Oyunumuz, ümumilikdə pis deyildi. 70-ci dəqiqəyə
kimi yaxşı oynadıq, bunu 90 dəqiqəyə çatdırmalıyıq”.
|