 Unibank
Premyer Liqasının 28-ci turunda AZAL doğma meydanda “Rəvan”la 1:1 hesablı
heç-heçəyə nail oldu.
Bəhmən
Həsənov, “Rəvan” klubunun baş məşqçisi: “Vaqif Sadıqovu təyinatı ilə bağlı təbrik
edirəm. Hər iki komanda bu gün qələbəyə oynadı, təəssüf ki, yaratdığımız qol
imkanlarından istifadə edə bilmədik. Hesab oyuna görə oldu. Qarşımıza 7-ci yeri
tutmağı məqsəd qoymuşuq. Zədəli futbolçuların olması bugünkü oyunumuza təsir
etdi. Futbolçulara əzmkarlığa görə təşəkkür edirəm”.
Vaqif
Sadıqov, AZAL klubunun baş məşqçisi: “Doğurdan da, maraqlı oyun oldu, hər iki
komandada qələbə əzmi var idi. 4-5 oyunçunu əvəzedici heytdən cəlb etmişdik. Sona
qədər mübarizə apardıq. Artıq ikinci oyundur ki, hesabda geridə olduqdan sonra bərabərlik
qolunu vura bilirik. Komanda “Rəvan” sindromunu qırmağa çalışırdı. Bu, bizim “Rəvan”la
ilk heç-heçəmiz idi. Futbolçularım oyunda tapşırıqları yerinə yetirə bildilər. Yalnız
bu cür uğur qazanmaq olar. Gələn çempionatda hər iki komandanın ilk altılıq
uğrunda mübarizə aparacağına inanıram”.
|