 Unibank Premyer Liqasının 28-ci turunda Qəbələyə səfər
edən “Qarabağ” yerli komanda ilə oyunda minimal hesabla məğlub oldu – 0:1.
Qurban
Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “”Qəbələ”
klubunu qələbə münasibəti ilə təbrik ediirəm. Oyunda çox qol imkanlarımız oldu,
lakin istifadə edə bilmədik. Ümumilikdə, yaxşı futbol atmosferi var idi. “Qəbələ”
ilə oyun göstərə bilirik, amma qol imkanlarından yararlana bilmirik. Qarşıda həm
kubokda, həm də çempionatda çətin oyunlarımız var.
Fatih
Kavlak, “Qəbələ” klubunun baş məşqçisi: “Altılıq
oyunlarına yaxşı başlamışdıq. Lakin son iki oyunda məğlub olduq. Son 5 oyuna da
yaxşı başlayırıq, əsası bu uğurun davamını gətirməkdir, bunun üçün potensialımz
da var. Futbolda elə olur ki, bəzən qol
imkanları yarada bilirsən, amma qol vura bilmirsən. Qurban Qurbanovu gözəl oyuna
görə təbrik edirəm. “Qarabağ”a qarşıdakı oyunlarda uğurlar arzulayıram.
Avrokuboklarda iştirak edəcəyimizə inanıram”.
|