Unibank Premyer Liqasının 28-ci turunda doğma azarkeşləri önündə "Xəzər Lənkəran"ı qəbul edən "Bakı" rəqibi üzərində inamlı qələbə qazanıb - 4:1. Yunis Hüseynov, “Xəzər Lənkəran” klubunun baş məşqçisi: “Bizim hesabımızdan altı xal
silinəndən sonra mən futbolçularımla daima söhbət edirdim. Hiss edirdim ki,
onlarda ruh düşkünlüyü var. Bugünkü oyunda da bu özünü göstərdi. Özümüzü
sığortalamaq üçün demirəm, amma bu gün futbolçularımda əhval-ruhiyyə çox aşağı
idi. “Bakı” komandası yaxşı oyun göstərdi. Qələbə münasibətilə onları təbrik
edirəm. Qarşıdakı oyunlarda çalışacağıq ki, maksimum nəticə göstərək.”
Novruz Əzimov, “Bakı” klubunun məşqçisi: “Rəqibimizin hesabından altı
xal silinməsi onlara çox pis təsir göstərib. Bu da ona sübut edir ki, futbolda
texniki-taktiki yox, ən böyük rol oynayan psixoloji faktordur. İlk imkandan biz
yararlandıqdan sonra, “Xəzər Lənkəran”da oyun nizam-intizamı itdi. Bir çoxları
fikirləşirdi ki, biz kuboka oynayırıq. Ancaq biz hər oyuna qələbə qazanmaq üçün
çıxdığımızı göstərdik. Rəqibimizə gələcək oyunlarda uğurlar arzulayıram”.
|