 Unibank Premyer
Liqasında fevral ayında baş tutmuş XX və XXI turlar çərçivəsində 12 qarşılaşma
keçirilib. Qarşılaşmaları ümumilikdə 13100 azarkeş canlı izləyib. Qeyd
edək ki, “Simurq” klubu cəzalı olduğundan fevral ayı ərzində Zaqatalada
keçirdiyi hər iki qarşılaşmanı boş tribunalar önündə oynayıb. Fevral ayında ən
çox azarkeş isə XX turda “Xəzər Lənkəran”ın doğma meydanda AZAL-ı minimal
hesabla məğlub etdiyi qarşılaşmada qeydə alınıb – 6500 nəfər. Ən az azarkeş isə
XXI turun AZAL – “Turan” qarşılaşmasında müşahidə olunub – 200 nəfər.
Ümumilikdə XX turda 8600, XXI turda isə 4500 azarkeş stadionlara gəlib. Unibank
Premyer Liqasının fevral ayı ərzində hər oyununu orta hesabla 1091
azarkeş canlı izləyib.
Mart ayı ərzində isə beş tur keçirilib ki, bunlardan biri də təxirə salınmış
XIX tur olub. Bundan əlavə XXII, XXIII, XXIV və XXV turların qarşılaşmaları da
mart ayına təsadüf edib. Beş turda baş tutmuş 30 qarşılaşmanı 59600 azarkeş
stadiondan izləyib. Ötən ayın ən çox azarkeş toplayan matçı XXIV
turun “Xəzər Lənkəran” - “Bakı” qarşılaşmada qeydə alınıb – 9000
nəfər. XXIII turun “Sumqayıt”-“Rəvan” oyununu tribunalardan cəmi 100 azarkeş
izləyib.
Mart ayı ərzində doğma azarkeşləri tərəfindən ən böyük dəstəyi “Kəpəz” klubu
alıb. Belə ki, bu ayda Gəncə təmsilçisinin ev oyunlarını 15000 tamaşaçı
izləyib.
Qeyd edək ki, XIX turda 11 100, XXII turda 13 800, XXIII turda
5 700, XXIV turda 18 700, XXV turda isə 10 300 azarkeş
stadionlara gəlib. Ümumilikdə, Unibank Premyer Liqasında mart ayı
ərzində hər qarşılaşmanı orta hesabla 1986 azarkeş canlı izləyib.
|