“Xəzər Lənkəran”ın Syerra Leoneli futbolçusu Julius Vobay komandanın düşərgəsinə qayıdıb. Klubdan verilən məlumata görə, Julius Vobay qış fasiləsi zamanı vətəninə yollanmış və bundan sonra komandanın toplanışına qayıtmamışdır. Lakin, FİFA Mübahisələrin Həlli Palatasının qərarına əsasən Julius Vobayın “Xəzər Lənkəran”ın futbolçusu olduğu və onun klubla müqaviləsinin mövcudluğu faktı təsdiqləndi. Hazırda Julius Vobay komandanın düşərgəsindədir. Yaxın günlərdə futbolçu məşq prosesinə qoşulacaq.
|