“Sumqayıt”
klubunda yeni təyinat rəsmiləşib. Klubun rəsmi saytında yer alan xəbərə görə
Ceyhun Sultanov baş menecer vəzifəsinə təyin edilib. Sultanov əsas və əvəzedici
heyət, həmçinin akademiya üçün seleksiya işləri aparacaq, futbolçu transferləri
ilə yaxından məşğul olacaq.
Bundan əlavə klub baş məşqçi Aqil Məmmədovla müqaviləsini
artırıb. 42 yaşlı Aqil Məmmədov daha bir il “Sumqayıt”ın sükanı arxasında
olacaq.
Bütün müəllif hüquqları Azərbaycan Respublikası
qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı
istinadın qeyd olunması vacibdir.