Topaz
Premyer Liqasının ötən mövsümündə qapılara 47 penalti təyin olunub. Bunlardan 35-i qolla nəticələnib, qalan 12-si isə qeyri-dəqiq olub.
Paytaxtın
eyniadlı təmsilçisi – “Bakı” klubu 10 dəfə penalti vurmaq hüququ qazanıb.
Bunlardan 8-ni qola çevirən “zolaqlılar” hər iki göstərici üzrə çempionatın lideridir.
Qeyd edək ki, bu qollardan 5-i komandanın hücumçusu Əfran İsmayılovun aktivindədir.
“Rəvan”
klubu mövsümdə yalnız bir dəfə penalti hüququnu qazansa da, ondan maksimum
istifadə edə bilib. Xuan Manuel Varea 34-cü turun “Simurq”la oyununda
komandasına qələbə gətirən qolun müəllifi olmuşdu.
“Xəzər
Lənkəran” isə 6 dəfə penalti vurmaq hüququ qazansa da, cəmi 2 dəfə rəqib
qapıçılarını məyus edə bilib. Cənub təmsilçisinin heyətində Elias Ribeiro və Dejan
Blajevski dəqiqliyi ilə seçilib. Junior Nildo 2 dəfə, Etame Mbilla və Dejan
Blajevski isə hərəyə bir dəfə penaltini qeyri-dəqiq yerinə yetiriblər.
|