Topaz
Premyer Liqasının ötən mövsümündə ən çox qayda pozuntusuna yol verən komanda
AZAL-dır. “Təyyarəçilər” orta hesabla hər oyunda 20 dəfə qayda pozuntusuna yol
verib ki, bunların da yarısı meydançanın özünə aid hissəsində baş verib.
Mövsümdə 102 sarı vərəqə alan AZAL futbolçuları bu göstəricidə ilk pillədə qərarlaşıb.
Oyun boyu
ən az qayda pozuntusuna yol verən komandalar isə “Neftçi”, “Sumqayıt” və “İnter”dir
– hərəyə orta hesabla 15 dəfə.
“Neftçi”
futbolçuları mövsüm ərzində 13 dəfə qırmızı vərəqə alıb. Bu, digər komandalarla
müqayisədə ən yüksək göstəricidir. Ölkə çempionu “Qarabağ”ın futbolçuları isə ən
aşağı sarı və qırmızı vərəqə göstəricisinə malikdirlər. 61 dəfə sarı vərəqə ilə
cəzalanan Ağdam təmsilçisinin nümayəndələri mövsüm ərzində bir dənə də olsun
qırmızı vərəqə almayıb.
|