![](uploads/28citurunmeqamlari.jpg) Topaz
Premyer Liqasının 2013/2014 mövsümünün bir sıra statistik məlumatları
açıqlanıb. InStat Football şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi
statistikaya əsasən topa ən çox nəzarət edən komanda “Qarabağ” olub. Ağdam
futbolçuları orta hesabla hər oyunda 34 dəqiqədən çox topa nəzarət ediblər.
Hücum sayında “Neftçi” digər komandalardan daha üstün olub (oyun ərzində 101 dəfə).
Qapılara zərbələrdə isə “Xəzər Lənkəran”, “Bakı” və “Neftçi” fərqlənib – orta hesabla
hər oyunda 15 zərbə.
Ölkə
çempionu olmuş “Qarabağ” ötürmə sayında və dəqiqliyində də rəqiblərini geridə
qoyub – müvafiq olaraq 631 ötürmə, onlardan 551-i dəqiq olub (orta hesabla hər
oyunda).
Azərbaycan
kubokunu ardıcıl ikinci dəfə qazanan ötənilki çempion “Neftçi” oyun ərzində orta
hesabla 6 künc zərbəsi ilə bu göstərici üzrə liderdir.
TPL-in
gümüş mükafatçısı “İnter” klubunun futbolçuları oyundankənar vəziyyətlərin
sayına görə “fərqləniblər”. Bakılıların hər oyun üçün orta göstəricisi 3,5-dir.
|