İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilib:Azərbaycan kubokunun “Qəbələ” - “Neftçi” final matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 1000 manat cərimə olunur (maddə 40). Oyunun 90-cı dəqiqəsində “Neftçi” klubunun məşqçisi Bəxtiyar
Musayev texniki zona qaydalarını pozduğuna görə meydançadan kənarlaşdırıldığı
üçün 1 oyunluq cəzalanır, klub 1000 manat cərimə olunur (maddə 62).
Oyunun 104-cü dəqiqəsində “Qəbələ” klubunun azarkeşləri tərəfindən
meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52).
|