![](uploads/kubokmetbuatqebele2014.jpg) Azərbaycan kubokunun “Qəbələ” - “Neftçi” final oyunundan
sonra “Qəbələ” klubunun baş məşqçisi Yuri Syomin oyun haqqında fikirlərini
bildirib:
“İlk olaraq qeyd edim ki, Azərbaycan kubokunun finalı yaxşı
təşkil edilmişdi. Azarkeşlər tərəfindən yaxşı atmosfer yaradılmışdı. Komanda
olaraq da pis oynamadıq. Hər iki komanda bu oyunda qələbə qazana bilərdi. Sadəcə
penaltilər seriyasında uduzduq. “Qəbələ” ilk dəfədir ki, ölkə kubokunun
finalına çıxır. Nizami Hacıyevin hərəkətinə əsəbiləşmişdim. Çünki o, meydanda
vaxt apardı. Əslində o daha yaxşı ötürmə edə bilərdi. Bəlkə də qol olacaqdı. Penaltiləri
ən yaxşı hesab etdiyimiz oyunçulara həvalə etmişdik. Onlar vura bilmədi. Marat
bugünkü oyunun ən yaxşısı idi, lakin penaltini vura bilmədi. Gələn dəfə
penaltiləri oyunun ən zəiflərinə həvalə edəcəyik”.
|