![](uploads/kubokneftchi2014.jpg) 2013/2014-cü
il Azərbaycan kubokunun qalibi müəyyən olunub. Tofiq Bəhramov adına Respublika
stadionunda sayca 22-ci finalda “Qəbələ” ilə “Neftçi” Azərbaycan kuboku
uğrunda final oyununda qarşılaşıb. Əsas və əlavə vaxtı 1-1 hesabı ilə başa çatan
qarşılaşmada qalib oyunsonrası penaltilərlə müəyyən olunub. “Lotereya”da daha sərrast
olan paytaxt klubunun futbolçuları rəqibi 4-3 hesabı ilə məğlub edərək ardıcıl
ikinci dəfə Azərbaycan kubokuna sahib çıxıb.
Qeyd
edək ki, “Qəbələ”nin heyətində Marat İzmaylov (d.70), “Neftçi”dən isə Samir Məsimov
(d.52) fərqləniblər.
|