Topaz Premyer Liqasının 36-cı turunun "Xəzər Lənkəran" - "Qarabağ" oyunundan sonra 2013/2014-cü il mövsümünün qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev 21 illik fasilədən sonra çempion olmuş Ağdamın "Qarabağ" klubuna qızıl medallar və çempionluq kuboku təqdim edilmişdir. Mövsümü ikinci pillədə başa vurmuş Bakının "İnter" klubuna isə gümüş medallar təqdim edilib. Peşəkar Futbol Liqası 2013/2014-cü il mövsümündə Topaz Premyer Liqasının mükafatçıları - "Qarabağ", "İnter" və "Qəbələ" klublarını qazandıqları uğurla təbrik edir, avrokuboklarda ölkəmizi layiqincə təmsil etməyi arzulayır!
|