Topaz Premyer Liqasının 36-cı turunun Zaqatalada
keçirilən “Simurq” – “Neftçi” oyunuda qapılara qol vurulmadı – 0:0.
Bəxtiyar Musayev, “Neftçi” klubunun məşqçisi:
“Meydanda əsl mübarizə getdi. Hər iki komanda qələbə qazana bilərdi. Oyunu
azlıqda başa vursaq da, məğlub olmadıq. Komandadan müəyyən qədər razıyıq, futbolçular
əzmkarlıq göstərdilər. Bir sıra futbolçular heyətdə yox idi, bərabərlik də pis
nəticə deyil”.
Georgi Çixradze, “Simurq” klubunun baş məşqçisi:
“Mövsümün son oyununda qalib gəlmək istəyirdik. Oyun ağır keçdi. Rəqib azlıqda
qalsa da, gərgin mübarizə oldu. Hər iki komandanın qol imkanları var idi, lakin
imkanlardan faydalana bilmədik. Bu mövsüm bizimlə işləyən futbolçulara,
azarkeşlərimizə təşəkür edirəm”.
|