![](uploads/qabalayeni.jpg) Topaz Premyer Liqasının 36-cı turunda doğma
meydanda “Sumqayıt”ı 3-1 hesabı ilə məğlub edən “Qəbələ” mövsümü bürünc
medallarla başa vurdu.
Yuri Syomin, “Qəbələ” klubunun baş məşqçisi:
“Bütün komandanı və klub üzvlərini qazanılan uğur münasibəti ilə təbrik edirəm. Rəhbərlik bizi pis vaxtlarımızda da, yaxşı
çıxış edəndə də dəstəklədi. İsti hava şəraitində gərgin oyun keçdi. Qələbə
yaxşı heç-heçədən daha uğurlu nəticədir”.
Aqil Məmmədov, "Sumqayıt" klubunun baş məşqçisi: ““Qəbələ” klubunu üçüncü yeri tutması münasibəti ilə təbrik edirəm. Bugünkü oyunda layiqli qələbə qazandılar. Maraqlı oyun oldu. Komanda qələbə qazanmaq və Premyer Liqada qalmaq üçün əlindən gələni etdi. Məğlub olmağımıza baxmayaraq, elitada
yerimizi qoruya bildik. Komandaya təşəkkürümü bildirirəm. Azarkeşlərimizi daha
da yaxşı oyunla sevindirməyə çalışacağıq”.
|