Topaz
Premyer Liqasının 36-cı turunda “Rəvan” öz meydanında “Bakı” ilə qarşılaşdı. Rəqibini
3-2 hesabı ilə məğlub edən paytaxtın eyniadlı komandası mövsümü qələbə ilə başa
vurdu.
Milinko
Pantiç, “Bakı” klubunun baş məşqçisi: “Mövsümün son oyununu qələbə ilə başa
vurduğumuz üçün şadam. “Rəvan” üçün üzülürəm, istərdim ki, Premyer Liqada
qalsınlar. Onlara gələcəkdə uğurlar arzulayıram. Gənc futbolçumuz Tural Qürbətovun
qol vurması məni sevindirdi. Ümid edirəm ki, gələcəkdə də bizə çox fayda verəcək.
Heyətdəki bəzi futbolçularımız komandadan gedəcək. Əfran İsmayılovun bizimlə
müqaviləsi davam edir”.
Güvenc
Kurtar, “Rəvan” klubunun baş məşqçisi: “Çox vacib oyuna çıxdıq, rəqibin
kimliyindən asılı olmayaraq, mütləq qalib gəlməli idik. Təəssüf ki, ilk hissənin
ortalarında qapımızdan qol buraxdıq. Rəqib futbolçu bizim oyunçuya qarşı kobud
oynadı, hakim birbaşa qırmızı vərəqə ilə cəzalandırmalı idi, lakin heç nə vermədi.
Bundan sonra oyun barəsində heç nə danışmaq istəmirəm. Oyunun taleyini hakim dəyişdi”.
|