“Qəbələ” futbol klubu komandanın sabiq baş məşqçisi Toni
Adamsla əməkdaşlığı davam etdirəcək. Klubdan verilən məlumata görə, London “Arsenal”ının
əfsanəsi “Qəbələ” FK-nın prezidenti Tale Heydərovun müşaviri vəzifəsini yerinə
yetirəcək. Yeni təyinatdan sonra klubun rəsmi saytına açıqlama verən Toni Adams
bunları bildirib: “”Qəbələ” klubundakı yeni vəzifəmə görə çox şadam. Klub
prezidentinin müşaviri kimi vəzifələrimi uğurla yerinə yetirməyə çalışacağam və
“Qəbələ” klubunun sadəcə Azərbaycanda deyil, Avropada da sayılıb-seçilən,
qabaqcıl, bir sözlə, peşəkar kluba çevrilməyində köməkliyimi əsirgəməyəcəm”.
|