27.07.2024
   |    aze    |    rus    |    eng    
Slide 1

Klublarımız Konfrans Liqasında: 2 qələbə, 1 məğlubiyyət

Slide 1

“Qarabağ” Çempionlar Liqasına qələbə ilə başladı

Slide 1

Klublarımızın avrokuboklardakı potensial rəqibləri müəyyənləşib

Slide 1

Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirilib

Slide 1

2024/25 mövsümü Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun təqvimi

Slide 1

“Zirə” Avropa Liqası ilə vidalaşdı

Slide 1

II Liqada 14-cü komanda müəyyənləşdi

   Daril Villard: "Azərbaycanda gənc, texnikalı, istedadlı futbolçu nəsli yetişməkdədir"      2012-04-10

“Qəbələ” klubunun əvəzedici komandasının baş məşqçisi Daril Villard www.pfl.az saytına verdiyi müsahibəsində komandasının cari mövsümdəki çıxışı və qarşılarında duran əsas məqsədlərindən danışıb. Həmin müsahibəni təqdim edirik.

Son turda AZAL ilə oyun barədə fikirlərinizi öyrənmək istərdik. 

Azərbaycanda olduğum müddət ərzində əvəzedici komandalar arasında keçirilən ən yaxşı oyunu izlədik.  AZAL-a qarşı əsas heyətdə Azərbaycanın U-17 milli komandasının beş və U-16 milli komandasının bir futbolçusunu meydana buraxmışdıq. Futbolçularım 5:0 hesabıyla qələbə qazandılar. Bu, ölkədə ən gənc əvəzedici komandadır.

Növbəti turda səfərdə çempionatının lideri “Neftçi”nin qonağı olacaqsınız.
Bu oyun haqqında nə deyə bilərsiniz? 

“Neftçi” çox güclü komandadır. Komandanın baş məşqçisi çox yaxşı işlər görüb. Eyni zamanda “Neftçi”də bir neçə istedadlı gənc oyunçu var. Mən bu oyunu digər oyunlardan fərqləndirmək istəməzdim. Mənim işim oyunlarda qələbə qazanmaq deyil, gənc futbolçuların inkişaf etdirilməsidir.

Sizcə, “Neftçi” ilə oyunda çempionluğun taleyi həll olunacaqmı?

Fikrimcə, bu, iki güclü komandanın qarşılaşması olacaq. Hər iki klubun heyətində gənc və istedadlı futbolçular var. Komandalar başabaş mübarizə aparacaqlar. Son turda olduğu kimi maraqlı qarşılaşma olacağını gözləyirəm. “Neftçi” qalib gəlsə, onlar çempionatın qalibi olacaqlar. Ancaq mənim əsas məqsədim çempion olmaq deyil, Azərbaycanda gənc, texnikalı, istedadlı futbolçu nəsli yetişdirməkdir.

Artıq çempionatın başa çatmasına az qalıb. Komandanızın göstərdiyi oyundan razısınızmı?

Bəzi futbolçuların tez bir zamanda inkişaf etməsi məni yaxşı mənada təəccübləndirir. Bu, uşaqların məqşlərə düzgün yanaşmasından və mənim oyun fəlsəfəmi düzgün dərk etməsindən irəli gəlir. Qış fasiləsindən sonra keçirdiyimiz 9 oyundan 8-də qalib gəlmişik. Futbolçular müxtəlif mövqelərdə oynamağı öyrənirlər və hazırda bir-birini çox yaxşı başa düşürlər. Köməkçi məşqçilərimin də bu işdə böyük rolu var. Onlar mənim nə istədiyimi futbolçulara düzgün başa salırlar.

Hansı futbolçunuzun oyunu sizi daha çox qane edir? 

Son 12 oyunda müxtəlif vaxtlarda 7 futbolçu Azərbaycanın U-19 və 1 futbolçu U-21 millisinə çağırılıb. Heç bir futbolçunu ayrılıqda fərqləndirmək istəməzdim. Fikrimcə, hazırda 4-5 futbolçumuz var ki, 2012-2013-cü il mövsümündən əsas komandada çıxış edə bilərlər. Uşaq futboluna olan böyük diqqət artıq öz bəhrəsini verməkdədir.

“Qəbələ” mövsüm ərzində qapısından ən az top buraxan komandadır.
Amma vurduğu qolların sayına görə bəzi komandalardan geri qalır. Buna əsasən demək olarmı ki, Qəbələnin müdafiə xətti güclü olsa da, hücum xəttində müəyyən çatışmazlıqlar var?

Qol vurma və ya az qol buraxma statistikaları yaxşı haldır. Bu, komandanın məhsuludur. Müdafiəmizi hücumdan qururuq. Ona görə də az top buraxırıqsa, deməli hücumçularımızın da bunda böyük payı var. Hücumçular işlərini görməsələr, onda yarımmüdafiə və müdafiəçilərə daha çox güc düşər və təzyiq altında qalarlar. Mövsümün ilk yarısında futbolçularımıza müxtəlif mövqelərdə oynamağı öyrədirdik. İndi onlardan nə istədiyimizi çox yaxşı başa düşürlər. Son 9 oyunda 20 top vurub, qapımızdan cəmi 4 top buraxmışıq. Komanda şəklində qalib gəlir və ya məğlub oluruq.  

   Turnir cədvəli
1 Araz-Naxçıvan 0 0
2 Qarabağ 0 0
3 Kəpəz 0 0
4 Neftçi 0 0
5 Sabah 0 0
6 Səbail 0 0
7 Sumqayıt 0 0
8 Şamaxı 0 0
9 Turan Tovuz 0 0
10 Zirə 0 0
Ətraflı
1 Qəbələ 0 0
2 Zaqatala 0 0
3 MOİK 0 0
4 Qaradağ Lökbatan 0 0
5 Mingəçevir 0 0
6 İmişli 0 0
7 Baku Sportinq 0 0
8 Difai Ağsu 0 0
9 Cəbrayıl 0 0
10 Karvan 0 0
Ətraflı
Xəbər arxivi
« İyul 2024 »
1 2 3 4 5 6 7
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 2627 28
29 30 3101020304
05060708091011
Press reliz
08.05.2024
“Peşəkar Futbol Liqası”, “YAŞAT” Fondu və “Badamlı” şirkəti arasında müqavilə imzalanıb
08.05.2024
Peşəkar Futbol Liqası və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalanıb
04.03.2024
“Uşaqlar Nəfəsimizdir” sosial idman layihəsi həyata keçirilib
28.08.2023
I Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
28.08.2023
II Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
02.08.2023
“Misli” Premyer Liqaya sponsorluğunu davam etdirəcək
Sorğu
Misli Premyer Liqasında favoritiniz hansıdır?
Araz-Naxçıvan
Səbail
Sumqayıt
Qarabağ
Neftçi
Zirə
Qəbələ
Sabah
Kəpəz
Turan Tovuz
> Nizamnamə
Struktur
> Xəbərlər
> Misli Premyer Liqası
Əsasnamə
Turnir cədvəli
Təqvim
Klublar
InStat Football icmal
> Əvəzedicilər
Turnir cədvəli
Klublar
Təqvim
> Azərbaycan kuboku
Təqvim
> I Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> II Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> Multimedia
Fotoqalereya
Video
PFL-in himni
> Arxiv
1993
1993/1994
1994/1995
1995/1996
1996/1997
1997/1998
1998/1999
1999/2000
2000/2001
2001/2002
1992
2003/2004
2004/2005
2005/2006
2006/2007
2007/2008
2008/2009
2009/2010
2010/2011
2011/2012
2012/2013
2013/2014
2014/2015
2015/2016
2016/2017
2017/2018
2019/2020
2018/2019
2021/2022
2020/2021
2022/2023
2023/2024
> Əlaqə
Bütün müəllif hüquqları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı istinadın qeyd olunması vacibdir.

2004-2008 © Peşəkar Futbol Liqası Saytdan istifadə zamanı hər hansısa bir texniki problemlə
rastlaşdığınız zaman [email protected] vasitəsilə əlaqə saxlayın
Lider Advertising
Cəmi HIT sayı: web counter
Cəmi HOST sayı: