![](uploads/sumqayit11oyun.jpg) “Sumqayıt”ın məğlubiyyətsiz oyunlar seriyası
qırılıb. Sonuncu dəfə 27-ci turun “Qarabağ”la martın 23-dəki oyununda 0:3
hesabı ilə uduzan Aqil Məmmədovun yetirmələri 33-cü turda “İnter”dən xal ala
bilmədi – 0:2. Mayın 2-də 40 günlük seriyası başa çatan “gənclik şəhəri”
təmsilçisi bu müddətdə 2 qələbə qazanıb və 3 heç-heçə etmiş, seriya zamanı 9
qol vurub , 5-ni buraxmışdı.
Qırılan bu seriya “Sumqayıt”ın tarixində rekord göstəricidir.
Belə ki, Premyer Liqada 3-cü mövsümünü keçirən komanda indiyədək ən yaxşı halda
ardıcıl 3 matçda xal əldə etmişdi. Həmin seriya 2012/13 mövsümünün əvvəlində
qeydə alınmışdı.
|