![](uploads/abishovavtoqol.jpg) Topaz Premyer Liqasının 33-cü turu “İnter”in
gürcüstanlı legioneri Baçana Sxadadze üçün əlamətdar olub. Hücumçu Azərbaycan
çempionatlarında 100-cü matçına çıxıb. “Sumqayıt”la görüşdə yubiley qeyd edən
legioner bu matçlarda 29 qol vurub.
Sxadadze
“İnter”də keçirdiyi 87 oyunda 24, “Simurq”da 8 oyunda 5 top vurub. “Standard”da keçirdiyi
5 qarşılaşmada qol hesabını aça bilməyən legioner məhz bu komandada – 2008/09
mövsümündə debüt edib. 2010/11 mövsümündə “Simurq”da (8 oyun, 5 qol) və
“İnter”də (2 oyun) çıxış edən Sxadadze 2011/12 (29 oyun, 7 qol) və 2012/13 (29
oyun, 8 qol) mövsümlərini də Bakı klubunda keçirib. Baçana cari mövsümdə meydana çıxdığı 27 matçda
9 qola sevinib.
Qeyd edək ki, Sxadadze milliləşənlər də daxil
olmaqla Azərbaycan çempionatında 100 və daha çox oyun keçirən 38-ci
legionerdir. Baçana Sxadadzeyədək gürcüstanlı futbolçulardan Georgi Adamiya, Badri
Kvaratsxeliya, Qoqa Beraya, Aleksandr Qoqoberişvili, Aleksandr İntskirveli,
Giorgi Lomaya, Valeri Abramidze də 100-ü arxada qoymuşdu.
|