![](uploads/pfl.jpg) İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilib: Topaz Premyer Liqasının XXXIII turunun “Neftçi” – “Qəbələ” matçının
90+3-cü dəqiqəsində “Qəbələ” klubunun 14 №-li futbolçusu Lorenzo Ebesilio
idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı
üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
Oyun 90-cı dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən
meydana kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunur (maddə 52).
Əvəzedici heyətlərin XXXIII
turunun “Neftçi” – “Qəbələ” matçının 56-cı dəqiqəsində “Qəbələ” klubunun 96 №-li
futbolçusu Vəzir Musayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə
alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100
manat cərimə olunur (maddə 48).
“Qəbələ” klubunun nümayəndəsi oyunöncəsi
iclasda iştirak etmədiyi üçün klub 1000 manat cərimə olunur (maddə 65).
Əvəzedici heyətlərin XXXIII
turunun “Simurq” – AZAL matçının 76-cı dəqiqəsində “Simurq” klubunun 20 №-li
futbolçusu Arzuman Nəsibov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə
alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100
manat cərimə olunur (maddə 48).
Əvəzedici heyətlərin XXXIII
turunun “Xəzər Lənkəran” – “Rəvan” matçının 75-ci dəqiqəsində “Rəvan” klubunun
30 №-li futbolçusu Nihad Əmirli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı
vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır,
klub 100 manat cərimə olunur (maddə 48).
Əvəzedici heyətlərin XXXIII
turunun “Bakı” – “Qarabağ” matçının 31-ci dəqiqəsində “Qarabağ” klubunun 17 №-li
futbolçusu Təmkin Xəlilzadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə
alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100
manat cərimə olunur (maddə 48).
Oyunun 31-ci dəqiqəsində “Bakı” klubunun 19 №-li
futbolçusu Elşən Rzazadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə
alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100
manat cərimə olunur (maddə 48).
Oyunun 41-ci dəqiqəsində “Bakı” klubunun 1 №-li
futbolçusu Elxan Əhmədov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə
alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100
manat cərimə olunur (maddə 48).
Azərbaycan I Divizionunun XXVIII turunun “Şəmkir” – “Araz Naxçıvan”
matçının 12-ci dəqiqəsində “Araz Naxçıvan” klubunun azarkeşləri tərəfindən pirotexniki
vasitələr istifadə edildiyi üçün klub 100 manat cərimə olunur (maddə 52).
Azərbaycan I Divizionunun XXVIII turunun
“Ağsu” – “Lokomotiv” oyununun 90-cı dəqiqəsində
“Lokomotiv” klubunun 24 №-li futbolçusu Çingiz Qurbanov idmançıya yaraşmayan hərəkətə
görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1
oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Azərbaycan I Divizionunun XXVIII turunun
“Qaradağ Lökbatan” – “Karvan” oyununun
63-cü dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 30 №-li futbolçusu Taleh Muradov
idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı
üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).
Azərbaycan I Divizionunun XXVIII turunun
“Mil-Muğan” – MOİK matçında MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı
üçün klub 100 manat cərimə olunur (maddə
40).
|