Topaz
Premyer Liqasının 33-cü turunda “Xəzər Lənkəran” doğma meydanda “Rəvan”ı qəbul
etdi. Rəqibini 4-0 hesabı ilə məğlub edən “Xəzər Lənkəran” növbəti 3 xalı aktivinə
yazdı.
Güvenc
Kurtar, “Rəvan” klubunun baş məşqçisi: “Bu günə qədər oynadığımız ən pis
oyunlardan biri idi. İnanılmazdır! Rəqib komandanın futbolçularını təbrik edirəm.
Turnir cədvəlinin son pilləsində olduğumuz üçün son 4 oyunda qalib gəlmək istəyirdik.
Qarşıda hələ üç oyunumuz var, ikisini öz meydanımızda, birini isə səfərdə
oynayacağıq. Bu oyunlarda qalib gəlməyə çalışacağıq. Ən azından son pillədən
qurtulmaq istəyirik. Rəqibin kimliyindən asılı olmayaraq qarşıdakı oyunlarda bu
cür məğlub ola bilmərik. Mövsümü qalib gələrək başa vurmaq istəyirik. Buraxılan
qollara görə yalnız qapıçı deyil, bütün futbolçular məsuliyyət daşıyır”.
Oğuz Çetin, “Xəzər Lənkəran” klubunun məşqçisi: “Premyer Liqada və kubokda istədiyimiz
yerdə olmadığımız üçün komandada və klubda əhval-ruhiyyə aşağıdır. Ancaq bizim
vəzifəmiz qarşıdakı 4 oyunda qələbə qazanmaq və çempionatı yüksək əhvalda
bitirməkdir. “Rəvan”la oyuna ciddi hazırlaşdıq. Məşqlərdə üzərində işlədiyimiz
tapşırıqları futbolçular lazımınca yerinə yetirdikləri üçün məmnunam. Oyun boyu
intizamı saxladıq. Oyuna hakim olan, dəqiq
ötürmələr verən, həm oyundan zövq alan, həm də oyunu ilə azarkeşlərə zövq verən
bir komanda gördük bu gün. 4-0 hesablı qələbə qazandıq, buna görə çox şadam. Eyni
ciddiyyəti və qələbə əzmini qarşdıakı oyunlarda da göstərəcəyik”.
|