![](uploads/inter.jpg) Topaz Premyer Liqasının 33-cü turunda “İnter”
doğma meydanda “Sumqayıt”la qarşılaşdı. Rəqibini 2-0 hesabı ilə məğlub edən
paytaxt təmsilçisi mövsümdə ardıcıl 7-ci qələbəsini qazandı.
Aqil Məmmədov, “Sumqayıt” klubunun baş məşqçisi: “Bilirdik ki, çətin oyun
olacaq. İndiyə kimi “İnter”ə qol vura bilməmişik, bu gün də vura bilmədik. “İnter”ə
qarşı oyunumuz alınmır. Məğlubiyyətə layiq oyun göstərmədik. Öz səhvlərimizdən
qapımızda qollar gördük. Rəqibi qələbə ilə təbrik edirəm, layiqli qələbə
qazandılar”.
Kaxaber
Sxadadze, “İnter” klubunun baş məşqçisi: “İlk öncə futbolçularımı qələbə ilə təbrik
edirəm. Yaxşı oynadılar və layiqli qələbə qazandılar. “Sumqayıt” komandası həmişə
xoşuma gəlib, hücumda qorxusuz və aqressiv oynayırlar. Bu, təqdirəlayiq haldır.
Futbolçuların fərdi sürəti çox yüksəkdir. Müdafiədən sürətli çıxırlar, bundan
ehtiyatlanırdıq. Rəqibin əks-hücumlarının qarşısını ala bildik. Son zərbəni
vura bilməməyimiz hesabın daha erkən böyüməsinə mane oldu. Son 15 dəqiqədə
ötürmələrdə qeyri-dəqiqlik var idi, futbolçular sakit şəkildə topa nəzarət etmək
əvəzinə həyəcanlanırdılar. Mövsümün sonudur, futbolçuları başa düşmək olar. Mövsümün
başlanğıcı ilə müqayisə edəndə indi ikinci yer uğrunda mübarizə aparırıq, bu,
futbolçuların imicini çox yüksəldir. Daha bir xal yığmalıyıq ki, avrokuboklara
vəsiqəni təmin edək”.
|