Topaz
Premyer Liqasının 33-cü turunda “Neftçi” doğma meydanda “Qəbələ” ilə
qarşılaşdı. Rəqibini 2-1 hesabı ilə məğlub edən əyalət komandası komandalar
arasındakı xal fərqini də minimuma endirdi.
Yuri
Syomin, “Qəbələ” klubunun baş məşqçisi: “Gərgin oyun oldu. “Neftçi”yə əvvəlki
oyunlarda məğlub olmuşduq. Turnir cədvəli baxımından bu gün qalib gəlmək vacib
idi. Oyunun sonluğunu yaxşı bitirdik. Rəqibin oyunçusu Karlos Kardoso ilə
problem yaşamadım, futbolda belə şeylər olur. Kubokun finalına hələ çox qalıb.
Ayın 7-də növbəti çempionat oyunumuz var, hazırda onu düşünürəm. Rəqiblə bu
mövsüm artıq 4 dəfə qarşılaşmışıq, bir-birimizdən gizlətməli heç nəyimiz
yoxdur. Gözəl oyun olacaq, əsas odur ki, azarkeşlər tribunaları doldursun. Mənim
istefam haqqında rəhbərliklə heç vaxt söhbətimiz olmayıb. Müqaviləmiz var, rəhbərliklə
normal münasibətdəyik, işimə davam edirəm”.
Böyükağa
Hacıyev, “Neftçi” klubunun baş məşqçisi: “Məğlub olduq. Qarşıda ölkə kubokunun
final oyunu var. Əsas heyətin yarısının olmamasını bəhanə etməyəcəm. Çox istəyən
azdan da olar. Əsas odur ki, kubokun finalında qalib gələk. Syominə can borcum
var, mayın 22-də qaytarar. Gəncləri meydana buraxdım, bundan sonra oyunun ritmi
pozuldu. Amma günahkar gənclər yox, mənəm. Mövsümün sonunda futbolçularda
motivasiya çatışmır”.
|