![](uploads/araznaxcivan123.jpg) Futbol
üzrə Azərbaycan I Divizionunda 28-ci turun oyunları keçirilir. Şəmkirdə yerli “Şəmkir”
komandası ilə qarşılaşan “Araz Naxçıvan” rəqibini 2-1 hesabı ilə məğlub edib.
Bu nəticədən sonra xal ehtiyatını 73-ə çatdıran “Araz Naxçıvan” rəqibləri üçün əlçatmaz
olub və 2013/2014-cü il mövsümündə futbol üzrə Azərbaycan I Divizionunda
çempionluğunu rəsmiləşdirib.
Peşəkar
Futbol Liqası “Araz Naxçıvan” klubunu I Divizionun qalibi olması münasibəti ilə
təbrik edir, komandaya uğurlar arzulayır!
|