Topaz
Premyer Liqasının 33-cü turunda “Qarabağ” “Bakı”nın qonağı oldu. Tərəflərin cəhdlərinə
baxmayaraq, turun açılış oyununda qapılara qol vurulmadı – 0:0.
Qurban
Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “Qələbə qazanmağı çox istəyirdik, təəssüf
ki, alınmadı. Komandanın göstərdiyi oyundan razı qaldım. Oyunun sonlarında sürəti
artıra bilsəydik nəticə başqa cür olardı. Havanın isti olması da oyunumuza təsir
etdi. “Bakı” avrokuboklar uğrunda mübarizə aparır, lakin futbolçuları yerə
yıxılıb vaxt uzadırdı. Rəqibə qarşıdakı oyunlarda uğurlar arzulayıran. Biz isə öz
oyunlarımızı fikirləşəcəyik”.
Milinko
Pantiç, “Bakı” klubunun baş məşqçisi: “Oyundan razı qaldım, çempionatın ən güclü
komandasına qarşı oynadıq. “Qarabağ” gələcək çempiondur. Buna baxmayaraq, rəqib
qol imkanı yarada bilmədi. Əsas heyətimizin bir neçə oyunçusu bu gün yox idi, bəlkə
də, bu, nəticəyə təsir etdi. Hər şey başqa cür ola bilərdi. Oyunda qol da vurduq,
lakin epizod oyundankənar vəziyyət kimi qeydə alındı. Hakimlərə irad bildirməyəcəm.
Komandamızdakı problemlər yavaş-yavaş həll olunur”.
|