![](uploads/azal-sumqayit.jpg) Unibank Premyer Liqasının XXVII turunda AZAL doğma azarkeşləri önündə "Sumqayıt"ı qəbul edib. Hərəyə bir dəfə fərqlənən komandalar meydandan sülhlə ayrılıblar - 1:1. Bernhar
Raab, “Sumqayıt” klubunun baş məşqçisi: “Gərgin
oyun keçdi. Bu oyundan sonra nəsə demək çətindir. Komandamdan razı qaldım.
Bütün oyun ərzində mübarizə apardılar. Tapşırıqlarımı yerinə yetirdilər, səhvlər
az buraxdılar. Baxmayaraq ki, qırmızı vərəqədən sonra mövqelərini tutmaqda çətinlik
çəkirdilər”.
Vaqif
Sadıqov, AZAL klubunun baş məşqçisi: “Maraqlı
oyun oldu. Qırmızı vərəqələrdən sonra komanda iradəsini ortaya qoydu. Bu gün
komandada hansısa dəyişikliklər etmək çətin olsa da, özünəməxsus müəyyən cizgilər
məni qane etdi. Təəssüf ki, təcrübəli futbolçular özlərini “yaxşı” göstərməklə
komandalarını çətin vəziyyətdə qoydular. Oyun sona qədər gərgin mübarizə şəraitində
keçdi”.
|