![](uploads/ravan-simurq.jpg) Unibank
Premyer Liqasının 27-ci turuna “Rəvan” – “Simurq” oyunu ilə yekun vuruldu.
İkinci altılıqda mübarizə aparan komandaların oyunu qolsuz heç-heçə ilə başa
çatdı – 0:0.
Georgi
Çixradze, “Simurq” klubunun baş məşqçisi: “Yaxşı və gərgin şəraitdə keçən oyun
izlədik. “Rəvan” güclü komandadır. Qalib gəlmək istəyirdik, lakin alınmadı”.
Bəhmən
Həsənov, “Rəvan” klubunun baş məşqçisi: “Doğurdan da, oyun yüksək tempdə keçdi.
“Simurq” əvvəlkindən daha yaxşı təsir bağışlayır. Bir neçə qol imkanından
istifadə edə bilmədik. Qarşımıza 7-ci yeri tutmağı məqsəd kimi qoymuşuq.
Bugünkü oyunda iki xal itirdik. Buna baxmayaraq, yaxşı oyuna görə komandama minnətdaram”.
|