Unibank
Premyer Liqasının 27-ci turunda "Qarabağ" "İnter"in qonağı oldu. Oyun boyu hərəyə bir dəfə fərqlənən komandalar yekunda bir xala razı oldu - 1:1.
Qurban
Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “Hər iki komandaya bu oyunda qələbə lazım idi.
İkinci hissə daha maraqlı və sürətli keçdi. İlk hissədə taktiki cəhətdən çox
nizamlı oynayan komandaya qarşı oynadıq. "İnter" oyunumuzu yaxşı analiz etmişdi. Oyunda bir neçə qol
imkanı oldu, amma heç-heçə ədalətli nəticədir. Xalımızın üstünə bir xal da gəldi. Bu
oyunu yaddan çıxarıb, qarşıdakı daha ağır oyunlara hazırlaşmalıyıq”.
Kaxaber Sxadadze, “İnter” klubunun baş məşqçisi: “Çox maraqlı, baxımlı oyun oldu. "Qarabağ" çox gözəl oyun göstərir, Qurban Qurbanovu bu cür komandaya görə təbrik etmək istəyirəm, o, çox
bacarıqlı məşqçidir. Rəqiblər bir-birinə layiq oyun göstərdi. Fikrimcə, hesab oyuna görə oldu. Futbolçulara göstərdikləri əzmkarlığa
görə minnətdaram. Sonadək mübarizə aparıb hesabı bərabərləşdirdik. Komandalara yüksək
oyun səviyyəsinə görə təşəkkür etmək lazımdır. Bu cür oyunlar futbolun və çempionatın
səviyyəsini artırır. Hələ hər şey qarşıdadır. "Neftçi" yarışda irəlidə olsa da hər turda
dəyişiklik ola bilər. Azarkeşlər bu cür oyunları stadiondan izləyib həzz
almalıdırlar”.
|